Vacib məlumat
Sifariş qaydaları.
Aşağıdaki mətndən sifariş qaydaları ilə tanış ola bilərsiniz.
Stokda olan məhsullar
- •Sifariş verdiyiniz gün Bakı şəhəri daxilində çatdırılır. Regionlara isə poçt ilə göndərilir.
- •Ödəniş məhsulu təhvil aldıqda olur. Nağd və ya kart ilə ödəyə bilərsiniz.
- •Məhsulu təhvil aldıqda yerində yoxlayırsınız, əgər uyğun deyilsə həmin an geri qayara bilərsiniz və heç bir ödəniş etmirsiniz.
Çindən sifariş
Bu tip məhsullar stokda olmur, birbaşa Çindən individual qayda da sifariş edilir. Prosesin haqqında addım-addım aşağıdan tanış ola bilərsiniz.
- 1
Sifariş yaratmaq
İlkin olaraq səhifədə bəyəndiyiniz məhsulları seçib sifariş edirsiniz və formu doldurursunuz. Biz WhatsApp-dan sizinlə əlaqə saxlayırıq.
- 2
50% əvvəlcədən
Məhsulun məbləğinin yarısını ödəyirsiniz. Bu, Çin istehsalçısına sifarişi verməyimiz üçün lazımdır — vasitəçi olmadığımıza görə tədarükçü qabaqcadan hazırlığa başlayır.
- 3
Adətən 20 gün
Sifariş Çində hazırlanır və Bakıya göndərilir. Vaxt 2-4 həftə arası dəyişir, orta hesabla 20 gün. Prosesin hər mərhələsində sizə xəbər veririk.
- 4
Bakıya çatır, biz yoxlayırıq
Yük bizə çatdıqda öz gözümüzlə baxırıq: tikişlər, materialın vəziyyəti, rəng uyğunluğu və s. Uyğunsa növbəti addıma keçirik.
- 5
Sizə çatdırılır, qalan 50%
Kuryer məhsulu ünvanınıza çatdırır və məbləğin qalan yarısını o zaman ödəyirisiniz.
Nəsə uyğun gəlmirsə
- •Məhsulda defekt varsa — pulu tam qaytarırıq, ya da yenisini Çindən sifariş edib göndəririk. Seçimi siz edirsiniz.
- •Ölçü, rəng uyğun gəlməyibsə — pulu tam qaytarırıq, ya da yenisini Çindən sifariş edib göndəririk. Seçimi siz edirsiniz.
- •Sifariş verdikdən sonra fikiriniz dəyişərsə — sifariş hələ Çinə göndərilməyibsə, ödədiyiniz 50%-i qaytarırıq. Göndərildikdən sonra qaytarma mümkün deyil (çünki istehsalçı artıq istehsal prosesinə başlayıb).
Birbaşa fabriklərin özü ilə, vasitəçi olmadan işlədiyimizə görə həm məhsullar butiklərdən xeyli ucuz olur və ona görə də 50/50 sistem qururuq — həm siz rahat olasınız, həm də biz. Bu, zövqlü və səbrli insanların seçimidir.
Sualınız varsa WhatsApp və ya Instagram-dan yazın — əlaqə məlumatları burada.